Müxtəlif dövrlərin dəyişməyən dəbi - Şlyapa

Baş örtüyü qadın görkəminə qəşənglik və zəriflik verir. Müxtəlif dizaynlarla tikilmiş kişi və ya qadın üçün şlyapa və şapkaları həm gündəlik, həm də xüsusi tədbirlərə geymək olur.

Baş örtüklərinin özünəməxsusluğu ondadır ki, onlar sadə saç düzümünü çox yaxşı tamamlayır. Şlyapalar — qadınlarda yuxarıdan aşağıya tökülmüş, hörülmüş, tiftik,  yığılmış saçlarla da çox ahəngdarlıq təşkil edir və qadını çox yaraşıqlı göstərir. Baş örtüklərinin kökü ibtidai icma dövrünə gedib çıxır. Həmin zamanlar insanlar küləkdən, yağışdan, günəşdən özlərini qorumaq üçün baş örtüklərindən istifadə etmişlər. Əsrlər, minilliklər ötdükcə baş örtükləri də müxtəlif formalara salınmışdır. Zaman keçdikcə baş örtükləri təkcə saçları qorumaq üçün deyil, gözəllik, yaraşıq aksessuarları kimi istifadə olunmağa başladı.


Ardı →

Qalstukun tarixi, yoxsa Tarixi qalstuk?

Halstuck1660-cı ildə Fransız Kralı XIV Luinin ordusunda döyüşən əsgərlər arasında bir qrup əsgər vardı ki, paltarlarındakı bir detal səbəbiylə digər əsgərlərdən rahatlıqla fəqlənə bilirdi.

  Orduda xidmət edən xorvat əsgərlərini fərqli edən boyunlarına taxdıqları şallar idi. Döyüşə gedən xorvat əsgərlərini yola salan yoldaşları, anaları başlarından çıxartdıqları örtükləri sevdikləri adamların boyunlarına bağlayır və bir düyün atırdılar. Bir tərəfdən evlərindən uzaqda olduqları müddətcə bu örtükləri hər gördüklərində özlərini və evlərini xatırlamalarını istəyir, bir tərəfdən də atdıqları xüsusi düyünlərin kişiləri pisliklərdən qoruyacağına inanırdılar.

   Fransızlar taxdıqları bu örtüyə «Ala Croate- Xorvat Üsulu» adını verdilər. Amma biz bu addan deyil, qalstuk adından istifadə edirik. Qalstuk ― alman dilində  Halstuck kimi səslənir, tərcüməsi isə  “boyun yaylığı” deməkdir. Bu söz bizə almanlardan gəlmişdir. Qalstuk XVII  əsrdə  Fransız aristokratları arasında dəbə çevrildi.

Onun kişilərin həyatına daxil olmasıyla bərabər, problemlər də meydana gəldi.


Ardı →

Gucci

Gucci firmasının loqosu«Gucci» müasir moda dünyasının ən nüfuzlu və avtoritetli markalarından biridir. Bu dünya şöhrətli brendin hansısa məhsuluna sahib çıxmaq istəyən insan üçün «Gucci»nin kostyum və ya qalstuku əsil möcüzə kimi səslənir. Onu yalnız və yalnız Kristian Dior, İv Sen Loran kimi markalarla müqayisə etmək mümkündür. Toxunduğu hər şeyi qızıla çevirən əfsanəvi şah Midasa kimi «Gucci» şirkəti də hansı işə əl qoysa, hətta bu, avtomobil təmir etmək üçün adi alət olsa belə, onu cah-calala çevirər. Bir sözlə, «Gucci» xüsusi şarm, stil və mükəmməl zərifliyin simvoludur. Məhz buna görə, artıq 100 ildir ki, «Gucci» moda evinin adı moda və dizayn dünyasının açarı hesab olunur. Halbuki hər şey yalnız xəyallarla başlamışdı. Bəlkə də, vaxtilə bu moda evinin banisinin möhkəm iradəsi olmasaydı bu gün «GUCCİ» sözünü heç kim həyəcanla dilə gətirməzdi.


Ardı →